Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Lvov “Rux”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 13 turdan sonra 20 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.