"Çətin olacağını bilirdik. Qələbə münasibətilə komandanı, rəhbərliyi təbrik edirəm. Oyunda səhvlər olur. Lakin biz bu oyuna ciddi hazırlaşmışdıq. Həftəboyu məşqçinin tələblərini oyunçular bu gün yerinə yetirdi.”Qəbələ"ni yaxşı analiz etmişdik. Qələbələr ard-arda gəlir. Biz, bu qələbələri çoxdan gözləyirdik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın məşqçisi Rəşad Hüseynov deyib. Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ" ilə qarşılaşan "Sabah" meydanı qalib tərk edib. Matçdan sonra keçirilən mətbuat konfransında danışan Hüseynov bunları deyib:
"Murad Musayev hələ işə başlamayıb. Sabah istirahət günümüzdü. Bir gün sonra məşqlərə başlayacaq. Nələr istəyirsə, yeni həftədən olacaq".
O, komandanın yeni təyin olunmuş baş məşqçisi Murad Musayevin matçdan sonra komanda ilə görüşdüyünü də bildirib: Murad Musayev oyunumuzdan razı qaldı. Amma daha da inkişaf etdirməli olduğumuz detalların olduğunu dedi. Klubumuzun istəyi avrokuboklara oynamaqdısa, onun üçün daha çox çalışmalı olduğumuzu bildirib, komandanı təbrik etdi".