Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Gürcüstanın paytaxtı Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kubokunda anılıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) yığma komandası B qrupunda Ukrayna (Kiyev) ilə görüşə pankartla çıxıb. Pankartın üzərində Elnur Əşrəfoğlunun fotosu və "We will never forget you" ("Biz səni unutmayacağıq") sözləri yazılıb.
Qeyd edək ki, Azərbaycan komandası B qrupunda Litva və Moldova ilə də üz-üzə gələcək.