Murad Musayev "Sabah"ın baş məşqçisi olmağa razılıq verib

"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırmağa razılaşıb.

 

Newsport.az xəbər verir ki, bu barədə tərəflər arasındakı danışıqlara bələd olan şəxs championat.com-a bildirib. "Sabah"ın 38 yaşlı mütəxəssislə yaxında müqavilə imzalayacağı qeyd olunub. 

 

Daha əvvəl 38 yaşlı mütəxəssisin cümə günü “Sabah”ın bazasında olduğu və klub nümayəndələri ilə görüşdüyü bildirilmişdi.

 

Musayev 2018-21-ci illərdə “Krasnodar”a baş məşqçilik edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right