Vüsalın komandası kubok oyununda uduzdu

Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" "Ağrı 1970 Spor"u qəbul edib. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşdə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Futbolçumuzun komandası minimal fərqlə uduzub - 4:5. 

Vüsal sözügedən oyunda iştirak etməyib. 

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" isə bu gün "Ceyhanspor"u qəbul edəcək. Bursalıların rəqibi 3-cü Liqa təmsilçisidir. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right