Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda "ASK Arena"da Malta millisi ilə qarşılaşacaq.
Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
18:00 Azərbaycan - Malta
Baş hakim: Reka Molnar
Baş hakimin köməkçiləri: Katalin Török, Noemi Hegedus-Barath
Dördüncü hakim: Reka Bognar