Mövsümdə ilk, tarixdə 20-ci

“Sabah” mövsümdə ilk qələbəsini qazanıb.

 

Newsport.az xəbər verir ki, Bakı təmsilçisi VIII turda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib. İlk 7 matçda qələbə qazana bilməyən paytaxt klubu tarixində 20-ci dəfə Premyer Liqa görüşündə 3 xala sevinib. Bu, 84-cü matça təsadüf edib. Bakılılar öz meydanındakı 42-ci oyunda 10-cu belə uğuru bayram edib.

 

“Sabah” Premyer Liqada 3-cü dəfə böyük hesablı qələbə əldə edib. Əvvəlki iki uğura da öz meydanında imza atan paytaxt futbolçuları yenə eyni – 3:0 hesabı ilə qalib gəlib. Bu, komandanın ən böyükhesablı qələbəsidir. 2019/20 mövsümünün “Səbail”, 2020/21 mövsümünün “Qəbələ” ilə qarşılaşmalarında da “Sabah” üç xalı üç cavabsız qolla əldə edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah