Namik Ələsgərov qol vurduğu oyundan danışdı

Azərbaycan millisinin “Bursaspor”da çıxış edən üzvü Namik Ələskərov Türkiyə Liqa 1-inin 10-cu turunda “Balıkesirspor”a qalib gəldikləri matç haqqında danışıb. Newsport.az xəbər verir ki, görüşdə fərqlənərək komandadakı ilk qolunu vuran 26 yaşlı yarımmüdafiəçi yerli jurnalistlərə açıqlamasında qələbəni belə şərh edib: 
 
“Ardıcıl 2 oyunda qalib gəlmişik. Bu seriyanı davam etdirmək istəyirik. Artıq komandaya alışmışam. Hər şey yaxşıdır. Düşünürəm ki, ilk qoldan sonra hər şey daha da yaxşı olacaq. Mövsümə çox pis başlamışdıq. Amma artıq uyğunlaşma müddətini keçmişik. İndi hər şey daha yaxşıdır. İrəlidə yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.
 
Qeyd edək ki. “Bursaspor” rəqibini 2:0 hesabı ilə məğlub edib. İlk qolu Namik Ələskərov vurub. Bu, onun həm də Türkiyə liqasında birinci qolu olub. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah