Mirabdulla Abbasov: "Qələbədə pay sahibi olduğum üçün çox şadam"

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib. 

 

Newsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə”nin qapısından qələbə (2:1) topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

 

 “Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.

 

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub: “Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right