"Növbəti mövsümün finalını Qarabağdakı bölgələrin birində keçirmək istəyirik"

"Final oyununu həmişə maraqlı keçirməyə çalışırıq. İstəyirik ki, yaddaqalan olsun".

Newsport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda final oyunlarının təşkili barədə danışarkən deyib.

Musayev bildirib ki, kubokda həlledici qarşılaşmalar ildən-ilə rəngarəng olur: "Bir az özümüzü tərifləyim. Qəbələdəki final oyununda paraşütlə kubokun gəlməsi işçilərimizin öz ideyası idi. Biz azarkeşləri nə iləsə heyran etməyi xoşlayırıq. 2020-ci ildə final matçını pandemiya ilə bağlı keçirə bilmədik. Bu il pandemiya olsa da, təşkil etdik".

PFL prezidenti 2021/2022 mövsümündə final matçının harada keçiriləcəyi ilə bağlı məsələyə də toxunub: "Əvvəlcədən danışmaq bizə düşmür. Bu mövsüm final görüşünü keçirmək qismət olsa, sürpriz edəcəyik. Növbəti mövsümün finalını isə Qarabağdakı bölgələrin birində keçirmək istəyirik. Xatırlayırsınızsa, PFL yaranandan sonra biz “Qarabağ” – “İnter” matçını Quzanlıda keçirdik. Həmin vaxt şüarımız var idi: "Bu gün Quzanlıya, sabah Qarabağa". Arzumuz da həyata keçəcək". (report)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah