Azərbaycanda legioner həyatı yaşamış Nuqzar Kvirtiyanın rəhbəri olduğu “White City”nin U-14 komandası ölkə çempionatında iştirak edəcək.
Newsport.az-ın məlumatına görə, əslində komanda üçün mövsüm 1 həftədir ki, start götürüb.
Sadəcə çempionatda 13 komanda olduğundan Kvirtiyanın rəhbəri olduğu komanda ilk turu buraxmalı olub. Sabah isə komanda “Sumqayıt”ın 14 yaşlılardan ibarət heyətilə oynayacaq. Komanda dünən bu mövsüm geyinəcəyi formaları təqdim edib. Kvirtiya klubun həm sahibi, həm də baş məşqçisi kimi fəaliyyət göstərir.

