"Emini itirmək istəmirik" - Samir Abasov

Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
- Kritik əvəzetmələriniz oldu və bu, nəticəni dəyişdi...
- İsmayılı zədəli Ömərin əvəzinə meydana məcburiyyətdən buraxdıq. Mirabdulla və Ramonun meydana çıxması hücumu gücləndirmək üçün idi. Qalib gəlmək istəyirdik. Sevindirici haldı ki, öz yetirmələrimiz qələbə qolunu gətirdi. Bu, xoş haldı. Komandamız pis oynamadı. “Sumqayıt”la matçdan fərqli olaraq sürət, ritm var idi. Ümumi götürsək, olan sürəti çox bəyəndim.
- Mirabdullanın qoluna çox emosional sevindiz...
- Sırf Mirabdulla ilə bağlı deyildi. Ümumən qol vuranda çox emosional oluram. Xüsusilə də bu qol son dəqiqədə gəlirsə.
- Oyunboyu baş hakim Rəvan Həmzəzadəyə etirazınız var idi...
- Oyunun içində belə şeylər olur. Xeyrinə grdüyün şeyə reaksiya verib, öz xeyrini göüdürsən. Hər iki komandadan etirazlar var idi. Bugünkü “Sabah” – “Sumqayıt” matçında da belə hadisələr baş verib. Olur belə şeylər. Üzrlü hesba etsinlər.
- Emin Mahmudovun formasında eniş hiss edirsiz?
- Düşüşə getməsindən çəkinir və qorxuram. Üst-üstə stresli oyunlara görə formadan düşüb. Kapitanımız bizim üçün həddən artıq önəmlidi. Onu tez bərpa etmək istəyirik. Həm də yerli oyunçudu, onu itirmək istəmirik.
- Milliyə baş məşqçi namizədləri sırasında sizin də adınız hallanır. Təklif olsa, nə reaksiya verərsiz?
- Bir-iki yerdə adım hallanıb. Adıma rast gəlməmişəm. İndi nəsə demək düzgün olmaz. O komandanın baş məşqçisi var. Təklif olandan sonra düşünüb, bir şey deyə bilərəm.
- Kane qışda gedəcək, yoxsa yaya qədər qalacaq?
- Tezliklə bu məsələnin həllini tapmasını istəmişəm. Dialoqlar uzanır. Bu, mən də narahat edir. Konkret olaraq bilmək istəyirik ki, ona hansı müddətə bel bağlaya bilərik. Ola bilər ki, qışda getsin. Bunun tezliklə müəyyənləşməsini istəyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right