"Neftçi"dən Elnur Əşrəfoğlunun ruhuna ehtiram

Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi" - "Zirə"ni qəbul edir.

"Bakcell Arena"da keçirilən matç 1 dəqiqəlik sükutla başlayıb. Bu, bir neçə gün əvvəl koronavirusdan dünyasını dəyişən tanınmış jurnalist, Azərbaycan Cüdo federasiyasının baş katibinin müavini, "Neftçi"nin mətbuat xidmətinin rəhbəri olmuş Elnur Əşrəfoğlunun ruhuna ehtiram əlaməti olaraq edilib.

Bundan başqa matçdan öncə stadionun monitorlarında "Neftçi TV"nin Əşrəfoğlu ilə bağlı hazırladığı süjet nümayiş olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right