Rəşad Sadıqov: "Millidən nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm"

Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Yaxşı oyun izlədik. Sürətli, keyfiyyətli, mübarizəli matç idi. Erkəm qol vurduq. Bindan sunra rəqibin təzyiq etməsi təbii idi. Diqqətsizlikdən qol buraxdıq. Fasilədən sonra oyunu bərabərləşdirə bildik. Bizdə də yaxşı qol imkanları var idi. Komandama təşəkkür edirəm. Səfərdə çempion komandaya qarşı sona qədər mübarizə aparmağa alqış düşür. Heç-heçə də ola bilərdi. Rəqib fürsətdən istifadə etməyi bacardı.
- Ən yaxşı müdafiənin hücum olduğu deyilir. Son dəqiqələrdəki oyunu daha erkən göstərmək olmazdı?
- İdman heseba yönəlir. Rəqib də hesabda irəli olanda fərqli oynayır. “Neftçi” ilə səfərdə hesab 1:1 olarkən böhük qüvvə ilə irəli atıla bilməzsən. Bu, ağılsızlıq olardı. Hesab bərabər olarkən əks hücuma çıxmalıyıq. Ancaq əksi baş verdi. Bəzi futbolçularda yorğunluq görünürdü. Ümumən perspektivli hücumlarımız oldu, ancaq sonluğu gətirə bilmədik.
- Coşqun Diniyevi əvəzləməyiniz müdafiəyə hesablanmışdı?
- Aparıcı futbolçularımızdandı, oyunu onun üzərində qururam. Coşqunda yorğunluq görünürdü. “Qəbələ” ilə matçdan sonra bərpa istədiyimiz kimi getmədi. Hacıağada da yorğunluq var idi. Coşqunu məcburiyyətdən əvəzlədim.
- Yorğunlar siyahısına Təmkin Xəlilzadəni də əlavə etmək olarmı?
- O da yorulmuşdu. Qol epizodunda da çatdırmadı.
- Nəticənin ədalətli olduğunu düşünürsüz?
- Bu barədə danışmağın tərəfdarı deyiləm. Meydanda baş verənləri müzakirə etməyə çalışırıq. Heç-heçə də edə bilərdik, əks-hücumda qol vurub qalib gələ də. Əlimizdən gələni etdik. Komandamda istədiyim şeyləri gördüm. Nəticə hər şey deyil. Xarakter, mübarizə çox önəmlidi. Daha böyük komanda olmaq üçün belə məqamlar vacibdi.
- Son zamanlar milliyə namizədlər arasında adınız hallanır. İndiki AFFA rəhbərliyi ilə yenidən işləmyə razılıq verərsiz?
- Kimsə adımızı səsləndirirsə, bizim üçün xoşdu. Təklif olmayan mövzu barədə danışmağı sevmirəm. Mənə təklif yoxdu. Millidən nə vaxt təklif olur-olsun, düşünmədən o yükün altına girməyə hazıram. Sevimli komandamdı. Futbol karyeramın hamısını millidə keçirmişəm. Bəlkə nə vaxtsa xaricdə işləyərəm, o vaxt da təklif gəlsə, düşünmədən qəbul edərəm.
- Millini sizin vaxtınızdakı ilə müqayisə edib deyirlər ki, indiki komanda daha güclüdü. Sizcə də, daha yaxşı nəticə əldə etmək olarmı?
- Yaxşı heyətimiz var. Çoxdandı bu qədər legioner olmayıb. “Qarabağ”ın iddialı çıxışı, milli üzvlərinin orda təcrübə qazanması amilləri var. İndi heyət daha yaxşı, genişdi. Fikrimcə, millinin baş məşqçisi də razılaşar ki, daha yaxşı nəticə qazana bilərik.
- Milli ilə bağlı gənc məşqçi mövzusu da dəbdədi. Ağasəlim Mircavadov yenə deyib ki, Qurban Qurbanovdan başqa hamısı gəncdi. Bilmək olmur xoşniyyətli, yoxsa bədniyyətli açıqlamalardı..
- Müsahibəni görmüşəm. Bu məsələni açırıqsa, bir-iki detala toxunacam. Səhv eləmirəmsə, deyib ki, daha təcrübəli məşqçi olmalıdı. Açıqlamanı oxuyanda özümdə fikir formalaşmışdı. Keçmişdə millini çalışdıran məşqçilərdən heç birinin beynəlxalq tcrübəsi olmayıb. Bundan əlavə, əgər avroliqa təcrübəsindən danışırıqsa, Qurban Qurbanovun yetərincə təcrübəsi olub. Bu gün o açıqlamanı verənlərin Qurban müəllimi dəstəklədiyini görməmişəm. Bir məşqçinnin hara necə təyin olunmasına gəlsək, Qvardiola “Barselona”ya hardan getmişdi? İkinci komandadan. Zidan da onun kimi. İkisi də Çempionlar Liqadının qalibidi. Məşqçi təcrübə ilə təyin olunmur, onun metoduna, psixologiyasına, ünsiyyət bacarığına, oyun üslubuna, əlində olan futbolçulara baxırsan. Belədə qiymətləndirib, müəyyən vaxt verirsən. Bu atılan cümlələr hamısı əsassızdı. Mən çox istəyərəm ki, üzbəüz belə fikirlər səsləndirilsin və mən müzakirə edim. Yurçeviçin təcrübəsi yox idi, niyə təyin olundu? Heç kim bu barədə danışmadı. Bütün millilərdə yerli məşqçilər olmalıdı. Ya da bu millətin mentalitetinə, futboluna tam bələd əcnəbi olmalıdı. De Byazi bu gün uğurlu ola bilmirsə, o demək deyil ki, zəif məşqçidi. Və ya Qurban Qurbanovun Millətlər Liqasındakı nəticəsi uğursuz sayıla bilərmi? Zaman göstərdi ki, ən yaxşı nəticə elə o idi. İkili standartlar var. Biz vəziyyətdə belə, digərində başqa cür danışırlar. Bu gün çempionatda məhdud imkanlarla elə iş görən məşqilər var ki, əcnəbi mütəxəssisin bunları edəcəyinə şübhə edirəm. Yerli məşqçi nə etməlidi ki? Bu gün Xavi Qətərdə işləyir, "Barselona" gecə-gündüz düşüb onun dalınca. Heç bir təcrübəsi yoxdu. Ancaq bilirlər ki, onun fəlsəfəsi komandaya uyğundu. Mövzu barədə saatlarla danışmaq olar. Bunlar mənim fikrimdi. Bəlkə də nəyisə düz demirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right