Sabah" ilk qələbəsini qazandı, "Neftçi"dən geridönüş Yenilənib

Azərbaycan Premyer Liqasında VIII tur start götürüb.

Newsport.az-ın məlumatına görə, 2-ci dövrənin ilk oyunu Masazırda baş tutub. “Sabah” “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri 3 cavabsız qolla qalib gəlib. Bu, "Sabah"ın mövsümdə ilk qələbəsi olub.

Günün 2-ci oyunu isə “Neftçi” və “Zirə” klubları arasında keçirilib. "Ağ-qaralar" matçın əvvəllərində hesabda geri düşsə də, sondadan 2 top vuraraq, qələbə qazanmağı bacarıb.

23 oktyabr (şənbə)

18:15. “Neftçi” – “Zirə” - 2:1

Qol: Ağabala Ramazanov, 6 (0:1), Sezar Meza Kolli, 39 (1:1), Mirabdulla Abbasov, 84
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Bakcell Arena”

16:00. “Sabah” – “Sumqayıt” - 3:0 

Qol: Fofana, 60, 83, Ceyhun Nuriyev, 79

Qırmızı vərəqə: Murad Xaçayev ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right