“Səbail” klubunda maddi böhran başlayıb.
Newsport.az-ın əldə etdiyi məlumata görə, klubun əvəzedici heyəti bu gün məşqə çıxmaqdan imtina edib.
Buna səbəb futbolçuların və məqçilərin maaşlarını ala bilməməsidir.
Ümumiyyətlə, klubun aşağı yaş qruplarından ibarət komandalarında da vəziyyət ürəkaçan deyil. Forma və idman dəstlərinin çatışmazlığı ilə bərabər məşqçilər də 4 aydır ki, maaş üzünə həsrətdir. Bir neçə dəfə rəhbərliyə müraciət etsələr də, dəyişiklik olmayıb.