De Byazi: “Serbiya ilə oyunda əlimizdən gələni etdik“

"Serbiya ilə oyunda ikinci hissəyə yaxşı müdafiə olunmaqla başlamağı ümid edirdim, amma onlar daha güclü idilər. Ancaq dünən meydanda sona qədər mübarizə apardıq və əlimizdən gələni etdik".

Newsport.az-ın məlumatına görəbu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya 1:3 hesabı ilə uduzduqları oyun barədə "Radio Bruno"ya açıqlamasında deyib.

O, sözügedən matçda dubl edən Serbiya millisinin oyunçusu Duşan  Vlahoviç haqda müsbət fikirlər səsləndirib: "Vlahoviçi saxlamaq çətindir. O, yaxşı gücə və texnikaya malikdir. Duşan yaşından daha yetkin görünür. Məndə onun gözəl bir insan olduğu təəssüratı yaradır. Amma bugünkü futbolu şərh etmək çətindir. Artıq keçmişin romantikası yoxdur. Böyük klublara gedərsə, əminəm ki, yaxşı olardı. Hücumda böyük paya sahibdir və  hər top uğrunda mübarizə aparır. O, böyük bir karyerası ola biləcək oyunçudur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right