“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.
Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.
Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Ancaq Qvineya yığması sonda 1:4 məğlub olub.