"Hesab oyunun asan olduğu kimi görünə bilər, amma ..."

Xorvatiya U-21 komandasının baş məşqçisi  İqor Bişcan Avropa çempionatının seçmə mərhələsində millimizə 5:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

Newsport.az xəbər verir ki, o, komandasından və bu oyundan məmnun qaldığını bildirib:  

"Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. Çox həvəsli idilər və onların oyuna yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right