"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır"

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan  bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right