“Azərbaycanla matçda qələbədən başqa heç nə gözləmirik”

Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Newsport.az xəbər verir ki, yerli mətbuata danışan Stoykoviç, Azərbaycanla matçda qələbə qazanmalı olduqlarını bildirib:
 
“Azərbaycanla matçda qələbədən başqa heç nə gözləmirik. Növbəti oyunda üç xal qazanıb, Portuqaliya ilə həlledici oyuna yaxşı hazırlaşmalıyıq”.
 
Sabah keçiriləcək Serbiya – Azərbaycan matçına saat 22:45-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right