İrlandiya milli komandasının müdafiəçisi Con İqan DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək oyunundan əvvəl təşkil edilən mətbuat konfransında çıxış edib.
Newsport.az-ın məlumatına görə, irlandiyalı futbolçu sabahkı matçla bağlı bunları deyib: “Sabah qalib gəlməyə çalışacağıq. Dublindəki ilk oyun çətin alınmışdı. Nəticə üzücü olmuşdu, çünki qalib gələ bilməmişdik. Ötən oyunda rəqibin vurduğu qol oyunumuza təsir etmişdi.
Doğurdan da baxımlı qol vurmuşdular. Azərbaycan millisinin heyətində yetərincə texnikalı futbolçular var. Dublindəki görüşdə 2 qol vura bilmədik. Bu dəfə isə qalib gəlməliyik”.