Emin Mahmudov: "Azərbaycandan da yaxşı futbolçuların çıxdığını hamı görür"

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah İrlandiyaya qarşı keçirəcəyimiz oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Mahmudov millidə yer alan legionerlərin çıxışı barədə bunları deyib:

"Nəyə görə legionerlərimiz millidə özünü göstərə bilmir? Millidə hər şey fərqlidi. Burada məsuliyyət daha yüksəkdi. Sadəcə meydana çıxıb, maksimumu vermək lazımdı. Mahir Emreli ölkəmizi Polşada təmsil edir. Azərbaycandan da yaxşı futbolçular çıxdığını hamı görür. Bu da xoşdu.

Hər oyunda qol vurmasını istəyirik. Həm Mahirin, həm Namik Ələsgərovun, həm də Renat Dadaşovun uğurlu çıxış etməsini gözləyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right