21 yaşlılardan ibarət yığma komandamız bu gün AVRO-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komadna Finlandiya ilə qarşılaşacaq.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 20:30-da başlayacaq.
Yığmamız ilk 2 oyununu məğlubiyyətlə başa vurub.
20:30. Azərbaycan – Finlandiya - 1:1
Qollar: Daniel Hakans, 75 - Rauf Hüseynli, 86
Qırmızı vərəqə: Terri Ablade, 66 (Finlandiya)
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”