Bir müddət əvvəl “Keşlə”də baxışda olan Diamant Ramazaninin idman durumu istənilən səviyyədə olmadığına görə geri göndərilmişdi.
Newsport.az saytının məlumatına görə, paytaxt klubunun Burundi yığmasının üzvünü qışda yenidən düşərgəyə dəvət etmək ehtimalı var.
Belə ki, “Lokeren” yetirməsi olan 22 yaşlı futbolçu qışda düşərgəyə dəvət edilərsə və qışdakı durumu qənaətbəxş olarsa, məşqçilər korpusu onun haqda yekun qərarını verəcək.