Azərbaycan yığmasında oynamış futbolçu Çempionlar Liqasında debüt edə bilər

Azərbaycanın U-17 və U-19 yığma komandasında forma geyinmiş Berkay Vardar bu gün Çempionlar Liqasında debüt edə bilər.

Newsport.az saytının məlumatına görə, 2003-cü il təvəllüdlü futbolçu əsas komandanın heyətində Niderlanda aparılıb. Belə ki, “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın yığmamızda çıxış etmiş futbolçunu “Ayaks”la oyun üçün heyətə cəlb edib. Cari mövsüm “Beşiktaş”ın gənclərdən ibarət komandasının heyətində UEFA Gənclər Liqasında “Borussiya”ya qarşı keçirilən matçda çıxış edən Vardar 2:3 uduzduqları görüşdə 90 dəqiqə meydanda olmuşdu.

Çempionlar Liqasının C qrupunda mübarizə aparan “Beşiktaş” 1-ci turda “Borussiya”ya (Dortmund) 1:2 uduzmuşdu. Bu gün isə onlar 2-ci turda “Ayaks”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right