21 yaşlılardan ibarət Xorvatiya yığmasının baş məşqçisi İqor Bişçan AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Norveç və Azərbaycana qarşı keçirəcəkləri görüş barədə danışıb.
Newsport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu oktyabrın 12-də Bakıda keçiriləcək görüş haqda bu cür danışıb:
“Qarşıda bizi 2 vacib oyun gözləyir. Norveçə qarşı çətin olacaq. Avstriya ilə yanaşı Norveç də qrupda əsas rəqiblərimizdən hesab olunur. Azərbaycanla oyuna gəlincə, onların səviyyəsi bizim komandanın səviyyəsindən aşağıdı. Buna baxmayaraq, oyuna ciddi yanaşmalıyıq. Belə olan halda matçdan qalib ayrıla bilərik”. Xatırladaq ki, Azərbaycan – Xorvatiya matçı oktyabrın 12-də Bakıda keçiriləcək.