"Qarabağ" futbolçuları "Keşlə"yə qarşı Premyer Liqanın V tur matçından öncə meydana hərbi maykalarla çıxıb.
Newsport.az-ın məlumatına görə, görüşdən əvvəl komandalar üzərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz!" şüarı yazılan pankart nümayiş etdirib.
Qarşılaşma 44 günlük vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 1 dəqiqəlik sükutdan sonra başlayıb.
.jpg)