Premyer Liqanın V turu çərçivəsində “Qarabağ” doğma meydanda “Sumqayıt”anqalib gəldi – 1:0.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün vacib 3 xal qazandıq. Bəzi futbolçularımiz idman formalarından uzaq idilər. Bunun da səbəbi az oynamalarıdi. Yaxşı bir komandaya qalib gəldik.
– “Bazel”lə oyundan sonra demişdiniz ki, Qaspar hazır deyil. Romero zədələndi. Qaspar hazırdımı o mövqedə oynamağa?
- Bugünkü formasından razı deyiləm. Qarşıdakı oyunlarda öz formasını bərpa edə bilsə ona güvənə bilərəm.
– İkinci hissənin gedişində Ozobiçə iradlarınızı bildirdiniz. Əvvəlki Ozobiçi qaytarmaq üçün nə qədər zaman lazım olacaq sizə?
- Dediyim ki, bəzi futbolçular tez ruhdan düşür. “Bazel”lə oyunda hər şey yolunda getdi deyə dəyişiklik çox etmədim. Bir futbolçu üç oyun oynamadıqda ritmdən düşür. Təcrübəsi ilə çatışmamazlıqlari aradan qaldıracaq.