Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qarşılaşıb.
"Azersun Arena"da baş tutan görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Qarabağın heyətində Xayme Romero fərqlənib. "Zirə"nin qolunu isə Ağabala Ramazanov vurub.
Qurban Qurbanov bu görüş barədə danışıb: “Pis oyun alınmadı. Fasilədən maksimum faydalanmağa çalışırıq. Hər şeyi normal vəziyyətə gətirmək istəyirik.
Fasilə bəzi futbolçuları idman formasından uzaqlaşdıra bilər. Buna görə yoxlama oyunu keçirdik. “Qarabağ” “Neftçi”ylə oyuna millinin matçlarından sonra daha ciddi hazırlaşacaq”.