Ayxan Abbasov: "Fasiləni səmərəli şəkildə dəyərləndirmək istəyirik"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə" ilə keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis 2:3 hesabı ilə uduzduqları matç barədə bunları deyib:

“Bildiyiniz kimi, hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz “A” millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir. Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini bu gün “Keşlə”yə qarşı keçirdik. Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları bu gün meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək. Əvəzedici komandanın gənc futbolçularına da bu gün şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər. Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right