“Sabah” “Samqurali”yə qarşı

Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxacaq. Newsport.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli “Samqurali” ilə üz-üzə gəlib.
 
Bu qarşılaşma da “Zestafoni” təlim-məşq bazasında baş tutacaq.
 
“Sabah” bundan əvvəl Gürcüstanın digər klubu “Şukura” ilə qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.
 
Qeyd edək ki, “Sabah” iyulun 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.
 
Yoxlama oyunu
23 iyul
 
19:00. Sabah - Samqurali




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah