"Səfərdə “Neftçi”yə erkən qol vursaq..." Pape Abu Sisse

Yunanıstanın “Olimpiakos” komandasının müdafiəçisi Pape Abu Sisse UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Newsport.az xəbər verir ki, seneqallı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Çox şadam ki, yenidən “Olimpiakos”a qayıtdım. Qayıdışımı qələbə ilə qeyd etməyim də sevindiricidir. Futbolda gərək hər şeyə hazır olasan. Bu gün həm qırmızı vərəqə aldıq, həm sistem dəyişikliyi etdik. Hər zaman belə şeylərə hazır olmaq lazımdır. Biz hələ hazırlıq mərhələsindəyik. Zaman keçdikcə daha effektli olacağımıza inanıram. Səfər oyununda erkən qol vurmağı bacarsaq, bizə daha rahat olar. Cavab görüşündə də qələbə qazanmaq istəyiriksə, daha yaxşı oynamalıyıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right