Millimizin oyunlarının saatları bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiya yığmalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.

3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right