"Qarabağ" ÇSKA-ya qalib gəldi Yenilənib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görəQurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb. Sofiya təmsilçisi ilə oyun Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.

“Qarabağ” Avstriya toplanışında Rusiyanın “Arsenal” (Tula) və Almaniyanın “Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
7 iyul

20:00. "Qarabağ" - ÇSKA (Sofiya) - 1:0
Qol: 
Musa Qurbanlı, 69





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right