Bakıda milli komanda ilə son oyununa çıxdı

Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.

 

Newsport.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

 
Darida, AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
 

Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
 

Yarımmüdafiəçi Almaniyanın “Herta” klubunda çıxış edir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right