“Sabah” yeni mövsümün hazırlıqlarına start verib.
Newsport.az-ın məlumatına görə, komanda bu gün “Bank Respublika Arena”nın əsas meydançasında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.
“Sabah”ın Bakı toplanışı iyulun 14-ə kimi davam edəcək. Ramin Quliyevin yetirmələri toplanış çərçivəsində iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 15-də komanda Gürcüstanın Tbilisi şəhərinə yola düşəcək. Yay təlim-məşq toplanışının ikinci mərhələsini əhatə edəcək Tbilisi toplanışı iyulun 29-dək davam edəcək.