"Sabah"ın hazırlıq planını açıqlandı

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, komanda iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda olacaq.

İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right