“Neftçi”nin ulduz futbolçu Keysuke Honda ilə müqaviləsinin müddəti başa çatıb.
Newsport.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. “Ağ-qaralar” yaponiyalıya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, bu ilin martında “Neftçi”yə transfer olunmuş Honda 7 oyunda 2 qol vurub.