“Sumqayıt” Yusif Nəbiyevi heyətinə qatdı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK ilk futbolçu keçidini reallaşdırıb.
 
Newsport.az xəbər verir ki, əvvəllər də bu komandanın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb.
 
23 yaşlı futbolçu "74" nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında bu komandada çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right