“Qarabağ Azərbaycandır!”: İki komanda yarımfinalda!

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” futbol turnirində ikinci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görəGənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş yarışda qarşılaşmalar akademiyanın stadionunda oynanılır.

Bugünkü görüşlər nəticəsində A qrupundan “Füzuli” və “Qubadlı” komandaları hərəyə 6 xalla yarımfinala vəsiqə qazanıb. “Zəngilan” da ardıcıl ikinci qələbəsini qazanıb, amma yarımfinalçıların adlarına son turda aydınlıq gələcək.

A qrupu

“Qubadlı” – “Laçın” – 7:4
Qollar
: Etibar Tağıyev (3); Xanoğlan İmanov (2); Anar Əsədov; Anar Hacıyev – Elvin Əhəd (2); Teymur Maksutov (2)

“Füzuli” – “Cəbrayıl” – 11:0
Qollar:
Vüsal Yalçınoğlu (4); Elvin Rüstəmov (3); Babək Cahandarov (2); Səfail Baxşıyev; Vüqar Səfərli

1. “Füzuli” 2 2 0 0 18-0 6
2. “Qubadlı” 2 2 0 0 14-5 6
3. “Laçın” 2 0 0 2 4 14 0
4. “Cəbrayı” 2 0 0 2 1-18 0

Xal durumu: “Füzuli” – 6, “Qubadlı” – 6, “Laçın” – 0, “Cəbrayıl” – 0.

“Füzuli” və “Qubadlı” komandaları yarımfinala yüksəlib.

B qrupu

“Şuşa” – “Kəlbəcər” – 6:1
Qollar:
Samir Məhərrəmov (3); Əli Raufoğlu (2); Anar Xanlarov – Ağa Dadaşzadə

“Zəngilan” – “Ağdam” – 4:3
Qollar
: Xalid Ağəliyev (2); Rəşad Baxşəliyev; Atəş Sultanov – Asəf Zeynallı; Nurlan Valehoğlu; Rüstəm Əfsərli

“Zəngilan” 2 2 0 0 15-5 6
“Ağdam” 2 1 0 1 6-4 3
“Şuşa” 2 1 0 1 6-4 3
“Kəlbəcər” 2 0 0 2 3-17 0

Xal durumu: “Zəngilan” – 6, “Ağdam” – 3, “Şuşa” – 3, “Kəlbəcər” – 0.

İlk turda “Ağdam” “Şuşa”nı 3:0 hesabı ilə yendiyi üçün ikinci pillədə qərarlaşıb.

Bombardirlər: Xalid Ağəliyev (“Zəngilan”) – 6, Vüsal Yalçınoğlu (“Füzuli”) – 6, Xanoğlan İmanov (“Qubadlı”) – 5, Elvin Rüstəmov (“Füzuli”) – 5. Nurşən Quliyev (“Zəngilan”) – 4, Mirbağırağa Cəfəri (“Qubadlı”) – 4.

III turda görüşəcəklər:

15 iyun

A qrupu
10:00. “Cəbrayıl” – “Laçın”, “Füzuli” – “Qubadlı”

B qrupu
11:00. “Kəlbəcər” – “Ağdam”, “Şuşa” – “Zəngilan”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right