Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.
Newsport.az xəbər verir ki, Belluççi, müsahibəsində Azərbaycan milli komandası haqda da danışıb:
“Ölkə davamlı inkişafdadır. Azərbaycan gələcəyin sürpriz milli komandası ola bilər. Bizim hədəfimiz budur. DÇ-2022? Əlbəttə, niyə də düşünməyək?”
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, Lüksemburq və İrlandiya ilə bir qrupda yer alan Azərbaycan millisi ilk iki oyunda xal qazana bilməyib.