Klublarımızın "yay bazarlığı": kimlər gəlir, kimlər gedir? Yenilənir

Azərbaycan Premyer Liqası klubları 2021/22 mövsümünün transfer çalışmalarına başlayıblar.

Newsport.az-ın məlumatına görə, hələlik yay transfer pəncərəsi açılmasa da, klublarımızdan bəziləri heyətini gücləndirib, bəziləri oyunçularının müqavilələrini uzadıb. Bəzi klublar isə lazım olmayan futbolçuları göndərib.

“Neftçi”

Gələnlər:
 Sezar Meza Kolli, Cabir Əmirli ("Sumqayıt": icarədən qayıdıb), Harramiz Quita Ferreyra Soares ("Eştoril", Portuqaliya), Xəyal Nəcəfov ("Sumqayıt"), Romen Bask ("Havr")
Gedənlər: Ahmed Ahmedov (MOİK, Bolqarıstan: icarə müddəti başa çatıb), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Keşlə": icarəyə), Rener Alves, Keysuke Honda, Səlahət Ağayev ("Sabah"), Anton Krivatsyuk ("Visla", Polşa), Bruno Teluşi, Stiven Monroz, Talisson Diaz, Cabir Əmirli ("Səbail")
Müqavilə müddətini uzadanlar: Ömər Buludov, Fəhmin Muradbəyli, Mamadu Mbodj, Rəhman Hacıyev, Turan Vəlizadə, Mirabdulla Abbasov, Voislav Stankoviç

“Qarabağ”

Gələnlər
: Kadi Borqes ("Vilafranquense", Portuqaliya), Ramil Şeydayev ("Sabah"), Marko Veşoviç  
Gedənlər: Rafael Məhərrəmli ("Keşlə"), Ruslan Hacıyev, Hacıağa Hacılı ("Zirə": icarəyə), Mahir Emreli ("Legiya", Polşa), Rauf Hüseynli ("Zirə", icarə)
Müqavilə müddətini uzadan: Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Filip Ozobiç

“Sumqayıt”

Gələnlər:
 Yusif Nəbiyev, Xəzər Məhmudov, Tərlan Əhmədli ("Qəbələ"), Roman Hüseynov ("Qəbələ")
Gedənlər: Mehdi Cənnətov ("Zirə"), Mehdi Şərifi, Cavid İmamverdiyev, Cabir Əmirli (icarə müddəti bitib), Xəyal Nəcəfov ("Neftçi")
Müqavilə müddətini uzadan: Ayxan Abbasov (baş məşqçi), Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Eltun Turabov, Höccət Haqverdi, Tellur Mütəllimov, Elvin Bədəlov, Əli Qurbani

“Zirə”

Gələnlər
: Təmkin Xəlilzadə ("Sabah"), Mehdi Cənnətov ("Sumqayıt), Ruslan Abışov, Velvis Damakena ("Lvov", Ukrayna: icarə), Anar Nəzirov, Rauf Hüseynli ("Qarabağ", icarə), Mohamed Hamdoui
Gedənlər: Elvin Camalov ("Sabah"), Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui, Mateus Albino, Fakundo Melivilo, Şəhriyar Rəhimov
Müqavilə müddətini uzadan: Ağabala Ramazanov, David Volkov, Rəşad Əzizili, Felipe Pahtman

“Sabah”

Gələnlər:
 Elvin Camalov ("Zirə"), Səlahət Ağayev ("Neftçi"), Xuan Kamara ("Yagelloniya", icarə), Coy-Lens Mikels
Gedənlər: Təmkin Xəlilzadə ("Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Ruslan Abışov, Mario Marina, Ramil Şeydayev ("Qarabağ"), Bəhlul Mustafazadə ("Əl-Əyn", BƏƏ)
Müqavilə müddətini uzadanlar: Ramin Quliyev (baş məşqçi), Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Sezar Rodriges

“Keşlə”

Gələnlər:
 Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Elçin Mustafayev ("Sabah": icarəyə). Merab Qiqauri, Aldair Sapalo Amaro Neto, Oumar Qudiabi, Amil Yunanov ("Səbail"), Felipe Santos ("Maribor"), Kərim Diniyev ("Zirə")
Gedənlər: Vüsal İsgəndərli ("Keçiörengücü" Türkiyə), Sezar Meza Kolli ("Neftçi"), Xəzər Mahmudov ("Sumqayıt"), Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Elvin Yunuszadə, Bahadur Həziyev
Müqavilə müddətini uzadan: Şəhriyar Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Turan Vəlizadə, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli

“Qəbələ”

Gələnlər
: Ürfan Abbasov ("Səbail"), Məqsəd İsayev ("Səbail"), Kristof Atanqana-Assimba
Gedənlər: Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev, Ceyms Adeniyi, Vinko Medimoreç
Müqavilə müddətini uzadan: Asif Məmmədov

“Səbail”

Gələn:
 Şəhriyar Rəhimov, Məhəmməd Mirzəbəyov, Cabir Əmirli, Elşən Abdullayev, Cavid Tağıyev,
Gedənlər: Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sisey, Ürfan Abbasov ("Qəbələ"), Amil Yunanov, Hendrik Ekşteyn, Nikolas Hagen
Müqavilə müddətini uzadanlar: Aftandil Hacıyev (Baş məşqçi), Elxan Əhmədov, Şahin Çəkiyev, Ədilxan Qəhrəmanov, Əfran İsmayılov, Rauf Əliyev, Adil Nağıyev, Rahid Əmirquliyev, Kamran Ağayev, Elçin Rəhimli, Mirsayib Abbasov

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah