“Bakıda asan olmayacaq, inanın”

“Serbiya - Portuqaliya qarşılaşmasına baxdım və əsəbiləşdim. Portuqaliyalılar daha yaxşı oynadı. Onlar qələbəyə layiq idilər”. Newsport.az xəbər verir ki, bunu sabiq serbiyalı futbolçu Milan Zivadinoviç deyib.

Milli komandanın DÇ-2022-nin seçmə mərhələsindəki çıxışına toxunan “Srvena Zvezda”nın keçmiş futbolçusu bildirib ki, Serbiyanın Portuqaliya ilə görüşdə bəxti gətirdi: “Portuqaliya Ronaldonun sayılmayan qoluna görə FİFA-ya şikayət etsə təəccüblənmərəm. İrlandiyanı məğlub etdik, Portuqaliya ilə bərabərə qaldıq. Məni indi ən çox Bakıda keçiriləcək oyun qorxudur”.

Onun sözlərinə görə, Serbiya yığmasının problemi İrlandiya və ya Portuqaliya deyil: “Problemimiz irlandlar və ya portuqaliyalılar deyil. Bizim problem Lüksemburq və Azərbaycan yığmalarıdır. Çünki daha güclü rəqibə qarşı oynayanda, heç vaxt motivasiya əskik olmur. Dünya çempionatında olmaq istəyiriksə, oyunu yaxşılaşdırmalıyıq. Bakıda asan olmayacaq, inanın”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right