"Qarabağ" yoxlama oyunu keçirib.
Newsport.az-ın xəbərinə görə, Ağdam təmsilçisi U-21 millimizlə qarşılaşıb. Matç U-21-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb.