“Sumqayıt” hazırlığı bərpa etdi

“Sumqayıt” 3 günlük fasilənin ardından hazırlığı bərpa edib.
 
Newsport.az xəbər verir ki, komanda bu gün ev oyunlarını keçirdiyi stadionun ehtiyat meydançasında məşqə çıxıb.
 
Milli komandalarda olan 9 futbolçu məşqdə iştirak etməyib. Əvəzində "Sumqayıt” Futbol Akademiyasının bir neçə futbolçusu hazrığa cəlb olunub. 
 
Qeyd edək ki, "Sumqayıt" hazırlıq dönəmində iki yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun yetirmələri martın 21-də MOİK-lə, 28-də isə "Sabah"la üz-üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right