Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu bu gün ikinci yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu dəfə bu mövsüm Avroliqanın qrupunda oynamış İsveçrə futbolunun nəhənglərindən olan "Sürix" klubu ilə üz-üzə gələcək.
Bu matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.
Əlavə edək ki, “Qarabağ” – “Sürix” oyunu Ağdam klubunun rəsmi Youtube kanalı vasitəsi ilə canlı yayımlanır.
21 yanvar
Yoxlama oyunu
19:30. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 1:1
Qol: Marko Şembela, 28 (0:1),Reynaldo, 81 (1:1)