"Neftçi” PFK-nın əsas və əvəzedici komandasının üzvləri noyabrın 16-da Azərbaycan – Norveç oyununu izləyəcəklər. Məşqçilər korpusu, inzibati heyət və futbolçular milli komandamıza dəstək olmaq üçün "Bakcell Arena”da olacaqlar. Avropa çempionatının seçmə mərhələ çərçivəsində keçiriləcək oyun saat 21:00-da başlanacaq.