“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Matça ilk dəqiqələrdən yaxşı başladıq. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, bəzi futbolçularının oyununa da dəyərləndirib:
"Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma qarşılaşmanın gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm” .