"Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq"-Oğuz Çətin

“Elə oyunlar var ki, daha çox mübarizə aparmalısan. Biz bu gün fiziki cəhətdən güclü, yaxşı müdafiə olunan komandaya qarşı oynadıq”.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Simurq”la oyundan sonra deyib.

Türkiyəli mütəxəssis komandasının inkişafda olduğunu bildirib: “Mübarizə aparmaqla yanaşı, qol vurmaq çox önəmlidir. Son oyunlarda rəqibdən asılı olmayaraq, qol vururuq. Rəqiblərimizlə xal fərqini aradan qaldırmaqdayıq. Məqsəd fasilədən istifadə edib, növbəti görüşlərə daha yaxşı hazırlaşmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right